“Deyirlər ki, Tramp tərifi sevir”

deyirler-ki-tramp-terifi-sevir
Oxunma sayı: 650

Belarus Prezidenti Aleksandr Lukaşenko ABŞ Prezidenti Donald Trampın komandasının nümayəndələri ilə görüşüb.

“Qafqazinfo” BELTA-ya istinadən xəbər verir ki, ABŞ nümayəndə heyətinə bu ölkənin Belarusdakı xüsusi nümayəndəsi Con Koul rəhbərlik edir. 

Bu gün start verilən danışıqların sabah da davam edəcəyi bildirilir.

Görüşdə Lukaşenko ABŞ-li həmkarı Donald Trampın fəaliyyətini yüksək qiymətləndirdiyini bildirib: “Deyirlər ki, Tramp tərifi sevir. Ancaq mən tərifləmək üçün demirəm. Demək istəyirəm ki, son vaxtlar onun hərəkətləri mənə çox xoş gəlir”.