Bu gün UEFA Çempionlar Liqasında III təsnifat mərhələsinin ilk oyunlarına start verilib.
“Qafqazinfo” xəbər verir ki, ilk matç günü çərçivəsində 8 qarşılaşma baş tutub.
Günün diqqətçəkən görüşlərindən biri İsraildə keçirilib. Azərbaycan çempionu “Sabah”ın növbəti mərhələdəki potensial rəqiblərindən olan “Hapoel” (Beer-Şeva) öz meydanında Serbiyanın köklü klubu “Srvena Zvezda”nı minimum hesabla üstələyib.
Mərkəzi matçlardan birində isə Çexiyanın “Sparta Praqa” klubu azarkeşləri önündə Fransanın “Lion” komandasına qalib gələrək sürprizə imza atıb.
Məhsuldarlığı ilə seçilən gecədə Zaqreb “Dinamo”su Litva təmsilçisini darmadağın etdiyi halda, Belçikada həqiqi qol şousu yaşanıb və “Union Sen-Jillua” – “Bodo-Qlimt” duelində qalib müəyyənləşməyib.
UEFA Çempionlar Liqası III təsnifat mərhələsi, ilk oyunlar
“Ararat-Armeniya” (Ermənistan) – “Selye” (Sloveniya) 2:1
“Myallbi” (İsveç) – “Slovan” (Slovakiya) 1:2
“Hapoel” Beer-Şeva (İsrail) – “Srvena Zvezda” (Serbiya) 1:0
“Levski” (Bolqarıstan) – “Kayrat” (Qazaxıstan) 1:0
“Sparta Praqa” (Çexiya) – “Lion” (Fransa) 2:1
“Dinamo Zaqreb” (Xorvatiya) – “Kauno Jalqiris” (Litva) 5:0
“Olimpiakos” (Yunanıstan) – NEK (Niderland) 0:0
“Union Sen-Jillua” (Belçika) – “Bodo-Qlimt” (Norveç) 3:3
Son xəbərlər
Son Xəbərlər