Diniyev sevindi, Şeydayev məyus oldu

diniyev-sevindi-seydayev-meyus-oldu
Oxunma sayı: 1659

Futbol üzrə Türkiyə I Liqasında 31-ci tura yekun vurulub.

“Qafqazinfo” xəbər verir ki, bu gün Azərbaycan millisinin üzvlərinin forma geyindiyi komandalar qarşılaşıb.

Coşqun Diniyevin çıxış etdiyi "Ümraniyespor" doğma meydanda Ramil Şeydayevin şərəfini qoruduğu "Kocaelispor"u qəbul edib. Qarşılaşma ev sahiblərinin 1:0 hesablı qələbəsi ilə başa çatıb.

Qeyd edək ki, Azərbaycanlı futbolçular da bu görüşün iştirakçısı olub. Onların hər ikisi matça start heyətdə meydana çıxıb.