Azərbaycanlı iş adamı Dubay şəhərində oğluna təmtəraqlı toy mərasimi keçirib.
“Qafqazinfo” xəbər verir ki, mərasimdən çəkilmiş kadrlar sosial şəbəkələrdə yayılıb.
Görüntülərdən aydın olur ki, toy yüksək səviyyədə və olduqca dəbdəbəli şəkildə təşkil olunub.
Məclisdə Azərbaycanın Xalq artisti Aygün Kazımova, müğənni Nəsimi Məmmədov və digər tanınmış simalar səhnə alıblar. Toya aparıcılığı isə məşhur televiziya aparıcısı Nanə Ağamalıyeva edib.
“Yeni Sabah” saytı isə öyrənib ki, Dubayın məşhur “Ritz-Carlton” hotelində keçirilən toy deputat Razi Nurullayevin qardaşı, tikinti maqnatı kimi tanınan Hasil Nurullayev tərəfindən təşkil edilib.
Məclisin sonunda məkanın səviyyəsinə uyğun olaraq möhtəşəm atəşfəşanlıq nümayiş etdirilib.
Məsələyə münasibət öyrənmək üçün deputat Razi Nurullayevlə əlaqə saxladıq. O, sözügedən görüntülərlə bağlı “Allah mübarək eləsin!” deməklə kifayətlənib. Millət vəkili özünün mərasimdə iştirak edib-etməməsi barədə sualı isə cavabsız qoyub.
Son xəbərlər
Son Xəbərlər