Britaniyalı məşhur anonim küçə rəssamı Benksi (Banksy) bu dəfə Ukraynada öz əsərini yaradıb.
“Qafqazinfo” xarici mediaya istinadən xəbər verir ki, rəssam növbəti qraffitini Kiyev vilayətinin Borodyanka bölgəsində çəkib. Sözügedən əsər müharibə zamanı dağılmış bir binanın divarı üzərində çəkilib.
Əsərin fotosu isə rəssamın saytında yerləşdirilib.
Xatırladaq ki, Benksi şəxsiyyəti ictimaiyyətə məlum olmayan britaniyalı rəssamın ləqəbidir. O, dünyanın ən məşhur küçə rəssamlarından biri hesab olunur. Əsərləri isə milyonlarla dollara satılır.

Son xəbərlər
Son Xəbərlər