Əhməd dünya çempionu oldu! - Yenilənib

ehmed-dunya-cempionu-oldu
Oxunma sayı: 1665

Bakıda keçirilən cüdo üzrə böyüklər arasında dünya çempionatında Azərbaycan millisinin üzvü Əhməd Yusifov finala yüksəlib.

“Qafqazinfo” xəbər verir ki, -60 kq çəki dərəcəsində mübarizə aparan cüdoçumuz yarışa 1/16 final mərhələsindən başlayıb.

Əhməd Yusifov ardıcıl olaraq Tumenjarqal Tuvşinturu (Monqolustan), Harş Sinqhi (Hindistan), Ayub Bliyevi (Rusiya) və yarımfinalda Yan Yunq-Veyi (Çin Taypeyi) məğlub edərək həlledici görüşə vəsiqə qazanıb. Cüdoçumuz dünya çempionluğu uğrunda finalda Qazaxıstan təmsilçisi Şerzod Davlatovla qarşılaşacaq.

Milli Gimnastika Arenasında keçirilən dünya çempionatında final bloku saat 18:00-dan etibarən start götürəcək.

***

Cüdoçumuz finalda Qazaxıstan təmsilçisinə ipponla qalib gəlib.