Elnur Əşrəfoğlu dəfn olundu - Fotolar

elnur-esrefoglu-defn-olundu
Oxunma sayı: 10998

Ötən gün koronavirusdan dünyasını dəyişən tanınmış jurnalist Elnur Əşrəfoğlu dəfn olunub.

“Qafqazinfo”nun məlumatına görə, mərhum Saray qəbiristanlığında torpağa tapşırılıb.

Dəfn mərasimində E.Əşrəfoğlunun ailə üzvləri, yaxınları, Cüdo Federasiyasının rəsmiləri jurnalistlər və ictimaiyyət nümayəndələri iştirak edib.

Qeyd edək ki, 47 yaşlı jurnalist sentyabrın əvvəllərində koronavirusa yoluxmuşdu, “Yeni Klinika”da müalicə alırdı. 

E.Əşrəfoğlunun axırıncı iş yeri Azərbaycan Cüdo Federasiyası olub. O, Azərbaycan Cüdo Federasiyasının baş katibinin müavini, eyni zamanda, idman qurumunun mətbuat xidmətinin rəhbəri olub.

Fotolar: Pərvin Zeynal