Trampın Dubay və Ciddədəki qüllələri qanuni hədəf elan edildi

trampin-dubay-ve-ciddedeki-qulleleri-qanuni-hedef-elan-edildi
Oxunma sayı: 479

İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) ABŞ Prezidenti Donald Trampın Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) və Səudiyyə Ərəbistanındakı daşınmaz əmlaklarını zərbələr üçün qanuni hədəf elan edib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə İRNA agentliyi məlumat yayıb.

Məlumat üçün bildirək ki, sözügedən ölkələrdə Trampın bir neçə qolf klubu və göydələni yerləşir. Hədəf siyahısına daxil edilən mülklər arasında Dubaydakı “Trump International Hotel & Tower”, Ciddədəki “Trump Plaza” və Ər-Riyaddakı “Trump Tower” kimi nəhəng binalar var.

Xatırladaq ki, iyunun 17-də ABŞ və İran hərbi əməliyyatların dayandırılmasını və danışıqların yeni mərhələsinə başlanılmasını nəzərdə tutan müvəqqəti anlaşma memorandumu imzalamışdılar. Lakin iyulun 8-də qarşılıqlı zərbələrin yenidən bərpa olunmasından sonra Tramp Vaşinqtonla Tehran arasındakı atəşkəsin artıq qüvvədə olmadığını və İranla heç bir danışıqlar aparmağı planlaşdırmadığını bəyan edib.

Ötən həftənin sonundan etibarən tərəflər Yaxın Şərqdə yenidən bir-birinə zərbələr endirməkdədir. Hörmüz boğazı ətrafında yaranan mübahisələr fonunda hərbi eskalasiya pik həddə çatıb. İyulun 14-nə keçən gecə ABŞ Prezidenti İslam Respublikasına qarşı bir neçə seriyadan ibarət “güclü zərbələr” endiriləcəyini vəd edib və Konqresi regionda hərbi əməliyyatların bərpası barədə məlumatlandırıb.