Rza Zərrabla bağlı uzun illər davam edən məhkəmə işi yekunlaşdı

rza-zerrabla-bagli-uzun-iller-davam-eden-mehkeme-isi-yekunlasdi
Oxunma sayı: 939

ABŞ-də iş adamı Rza Zərrabla bağlı uzun il davam edən məhkəmə işi yekunlaşıb.

“Qafqazinfo” xarici KİV-ə istinadən əbər verir ki, Nyu-Yorkun Manhetten Federal Məhkəməsi İrana qarşı tətbiq olunan sanksiyaların pozulması ilə bağlı ittiham olunan Rza Zərrab barəsində hökmünü açıqlayıb.

Məhkəmə Zərrabın istintaqla əməkdaşlıq etdiyini nəzərə alaraq, artıq həbsdə keçirdiyi müddəti kifayət hesab edib və ona əlavə azadlıqdan məhrumetmə cəzası verməyib.

Məlumata görə, Zərrab günahını etiraf etdikdən sonra 288 min dollar dəyərində yaxtanı və 88 min dollar nağd pulu ABŞ hökumətinə təhvil verib.

Onun vəkilləri isə hazırda 50 milyon dollar borcu olduğunu bildiriblər. Hakim Riçard Berman təqdim olunan əmlakın kifayət etdiyini əsas gətirərək əlavə cərimə və ya kompensasiya təyin etməyib.

Qeyd edək ki, Rza Zərrab 2017-ci ildə bank fırıldaqçılığı və çirkli pulların yuyulması ittihamlarını qəbul etmişdi və ABŞ prokurorluğu ilə əməkdaşlığa başlamışdı.