Tərtərdəki qəzada ölənlər ər-arvad imiş - Fotolar

terterdeki-qezada-olenler-er-arvad-imis
Oxunma sayı: 788

Tərtərdə baş vermiş ağır yol-nəqliyyat hadisəsi zamanı həyatını itirən şəxslərin ər-arvad olduğu məlum olub.

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, qəzada ölən Bərdə rayonunun Qaraqoyunlu kənd sakinləri – 1962-ci il təvəllüdlü Əhmədov Adil İbrahim oğlu və 1973-cü il təvəllüdlü Əmirova Elza Novruz qızı bir ailənin üzvləri, yəni ər-arvad olublar.

Qeyd edək ki, onlar Tərtər rayonunun Təzəkənd kəndi ərazisində yük avtomobili ilə minik avtomobilinin toqquşması nəticəsində baş verən qəzada həyatlarını itiriblər.

Faktla bağlı araşdırma davam etdirilir.

Ziya Əmirxanlı