“Əmək Məcəlləsinə əsasən işçi ilə işəgötürən arasında bağlanan əmək müqaviləsi onların əmək münasibətlərinin hüquqi əsasını təşkil edir. Əmək müqaviləsi ilə işləməyən işçinin əmək və gələcək sosial təminat hüquqları da yaranmır”.
“Qafqazinfo” xəbər verir ki, bu fikirlər, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yaydığı məlumatda bildirilib.
“Çünki işçi yalnız əmək müqaviləsi ilə çalışdıqda qanunvericiliklə müəyyən edilmiş minimum məbləğdən az olmayan əməkhaqqı almaq, iş vaxtından artıq işlədikdə, həmçinin gecə vaxtı işə cəlb olunduqda əlavə əməkhaqqı almaq, sağlam və təhlükəsiz əmək şəraitində çalışmaq, sosial sığorta sistemində iştirak etmək və gələcəkdə pensiya hüququ qazanmaq, məzuniyyət hüququndan istifadə etmək və digər təminatlara sahib olur.
İşçi əmək fəaliyyəti zamanı əmək şəraiti, əmək funksiyası, iş vaxtı, əməkhaqqı və ya digər şərtlərlə razı olmadıqda, onların dəyişdirilməsi üçün işəgötürənə müraciət də edə bilər.
Bu zaman Əmək Məcəlləsinə əsasən, əmək müqaviləsinin şərtləri tərəflərin qarşılıqlı razılığı ilə dəyişdirilə bilər”, - məlumatda deyilir.
Son xəbərlər
Son Xəbərlər