Yatmazdan əvvəl bunları yemək yuxunu alt-üst edir

yatmazdan-evvel-bunlari-yemek-yuxunu-alt-ust-edir
Oxunma sayı: 291

Rusiyalı qastroenteroloq Oleq Novikov yatmazdan əvvəl qəbul edilməsi tövsiyə olunmayan ən zərərli qidaların siyahısını açıqlayıb.

“Qafqazinfo” xəbər verir ki, həkimin sözlərinə görə, axşam saatlarında ilk növbədə şirniyyatlar, hisə verilmiş, qızardılmış və ədviyyatlı qidalardan, eləcə də çay, qəhvə və şəkərli içkilərdən uzaq durmaq lazımdır.

O bildirib ki, bu qidalar qanda qlükoza səviyyəsinin kəskin şəkildə artmasına səbəb olaraq yuxu rejimini tamamilə pozur.

Qastroenteroloq gecə vaxtı digər bəzi qidaların da orqanizmə mənfi təsir göstərdiyini vurğulayıb:

“Turş və sitrus meyvələri, qazlı içkilər: Qarında narahatlıq və gəyirməyə səbəb olur.

Qoz-fındıq: Ağır qida olduğu üçün yatmazdan əvvəl həddindən artıq yeyilməməli, yalnız çox az miqdarda qəbul edilməlidir.

Paxlalı bitkilər: Güclü köp və şişkinlik yaradır.

Kartof və qarğıdalı: Günün ikinci yarısında bu qidaların həzm olunması çətinləşir”.