ABŞ Prezidenti Donald Tramp Hörmüz boğazından keçən gəmilərdən ödəniş alınmasına qarşı olduğunu bildirib.
“Qafqazinfo” TASS-a istinadən xəbər verir ki, Tramp bu barədə İraqın Baş naziri Əli əz-Zeydi ilə görüşü zamanı jurnalistlərə açıqlamasında danışıb.
ABŞ lideri bildirib ki, heç bir ölkə və ya qurumun Hörmüz boğazından, eləcə də digər boğazlardan keçidə görə ödəniş tələb etmək hüququ olmamalıdır.
“Biz bunu yalnız çəkdiyimiz xərclərin kompensasiyası kimi nəzərdə tutmuşduq. Hesab etmirəm ki, kimsənin belə bir imkanı olmalıdır”, - Tramp vurğulayıb.
Son xəbərlər
Son Xəbərlər