Ukrayna hökuməti istefaya göndərildi

ukrayna-hokumeti-istefaya-gonderildi
Oxunma sayı: 712

Ukrayna Ali Radası səs çoxluğu ilə Baş nazir Yuliya Sviridenkonun istefasını təsdiqləyib. 

“Qafqazinfo” xəbər verir ki, bu barədə Ukrayna hökumətinin “Telegram” kanalında məlumat yayılıb.

Parlamentin 258 üzvü qərarın lehinə səs verib. 

Ukrayna qanunvericiliyinə uyğun olaraq, hökumət tam tərkibdə istefaya göndərilib.

Qeyd edək ki, Yuliya Sviridenko 2025-ci il iyulun 17-də Ukraynanın Baş naziri vəzifəsinə təyin edilmişdi. O, bundan əvvəl Baş nazirin birinci müavini və iqtisadiyyat naziri kimi fəaliyyət göstərib. 

Ukrayna mətbuatının məlumatına görə, yeni baş nazir postuna əsas namizəd “Naftoqaz”ın rəhbəri Sergey Koretski hesab olunur.