Əməliyyatlarla bağlı ssenariləri açıqladı

emeliyyatlarla-bagli-ssenarileri-aciqladi
Oxunma sayı: 1258

“İrana qarşı həyata keçirilən hücumlarla bağlı bir neçə çıxış yolu var”.

“Qafqazinfo” xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp “Axios” xəbər platformasına müsahibəsində deyib.

O deyib ki, əməliyyatların davamı ilə bağlı fərqli ssenarilər mövcuddur:

“Uzun müddət davam etdirib hər şeyi ələ keçirə bilərəm, ya da 2-3 gün ərzində bitirib iranlılara deyə bilərəm ki, “Əgər nüvə və raket proqramlarınızı yenidən qurmağa başlasanız, bir neçə ildən sonra yenidən görüşəcəyik”.

Prezident əlavə edib ki, istənilən halda İranın hücumların nəticələrini aradan qaldırması üçün bir neçə il lazım olacaq.

Tramp əməliyyatların başlanma səbəblərinə də toxunub. Onun sözlərinə görə, əsas səbəblərdən biri Stiv Uitkoff və Cared Kuşnerin rəhbərlik etdiyi danışıqların nəticəsiz qalması olub.

“İranlılar razılığa yaxınlaşdılar, sonra geri çəkildilər, yenidən qayıtdılar və yenə geri çəkildilər. Onların niyə razılaşmaq istəmədiklərini başa düşürəm”, – deyə Tramp bildirib.

O, ikinci səbəb kimi İranın son illərdəki davranışını göstərib:

“Hər ay onların pis bir şey etdiyini, nəyisə partlatdığını və ya kimisə öldürdüyünü görürdüm”.

Tramp həmçinin İsrailin Baş naziri Benyamin Netanyahu ilə telefon danışığını qeyd edərək, “Bibi ilə əla söhbətim oldu”, – deyib.