Rusiyada internet istifadəçiləri arasında fizik Albert Eynşteynlə bağlı axtarışların kəskin artması maraqlı bir yanlışlığın ortaya çıxmasına səbəb olub.
“Qafqazinfo” “Fontanka” nəşrinə istinadən xəbər verir ki, rusiyalı istifadəçilər məşhur fiziki qalmaqallı amerikalı maliyyəçi Ceffri Epşteynlə səhv salıblar
Belə ki, “Google Trends” statistikasında “Ceffri Eynşteyn kimdir?” və “Eynşteyn adası” kimi axtarış sorğularının sayında ciddi artım müşahidə olunub.
Qeyd edək ki, sözügedən qarışıqlığa səbəb Epşteynin cinayət işi ilə bağlı internetdə yayılan yeni sənədlər və videolar olub. 2002-2005-ci illər arasında onlarla azyaşlı qızın cinsi istismarı və insan alveri ilə ittiham olunan Ceffri Epşteynin işi üzrə ABŞ Ədliyyə Departamenti bu günlərdə 3 milyon səhifədən çox sənəd və minlərlə video-görüntü dərc edib.
Xatırladaq ki, o, 2019-cu ilin avqustunda həbsxanada intihar edib.
Son xəbərlər
Son Xəbərlər