Ərdoğan basketbol oynadı - Deputat videosunu paylaşdı

erdogan-basketbol-oynadi
Oxunma sayı: 400

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan növbəti dəfə basketbol oynayıb.

“Qafqazinfo” xəbər verir ki, bununla bağlı görüntüləri Türkiyənin Ədalət və İnkişaf Partiyasının Bursadan deputatı Mustafa Varank sosial şəbəkə hesablarında paylaşıb. 

Görüntülərdən oyunda Türkiyə lideri ilə yanaşı, Milli Kəşfiyyat İdarəsinin (MİT) rəhbəri İbrahim Kalın, eks-xarici işlər naziri Mövlud Çavuşoğlu və keçmiş basketbolçu Ömer Onanın da iştirak etdiyini görmək mümkündür. 

M.Varank sözügedən videonu “Bəli, yenə qalib gəldi!” şərhi ilə paylaşıb.

Qeyd edək ki, Rəcəb Tayyib Ərdoğan mütəmadi olaraq nazirlər, millət vəkilləri və digər rəsmilərlə basketbol oynaması ilə gündəmə gəlir.