Ərdoğan Şahbaz Şəriflə danışdı

erdogan-sahbaz-serifle-danisdi
Oxunma sayı: 1156

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Pakistanın Baş naziri Şahbaz Şəriflə telefonla danışıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə “TRT haber” məlumat verib.

Qeyd olunub, R.T.Ərdoğan Pakistan liderini Ramazan bayramı münasibətilə təbrik edib. Tərəflər, həmçinin ikitərəfli və regional məsələlər haqqında danışıblar.

Türkiyə Prezidenti Ş.Şərifə son vaxtlar Pakistanda baş vermiş terror aktları ilə bağlı başsağlığı verib.