Ərəb ölkələrini sel basdı

ereb-olkelerini-sel-basdi
Oxunma sayı: 3223

Güclü leysan yağışları Körfəz ölkələri - Oman, Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ), Bəhreyn, Qətər və Səudiyyə Ərəbistanında ciddi fəsadlara yol açıb.

“Qafqazinfo” “Əl-Cəzirə”yə istinadən xəbər verir ki, hava şəraiti səbəbindən təyyarə reysləri təxirə salınıb.

Məlumata görə, Dubay şəhərində vəziyyət daha kritikdir. Şəhərdə narıncı təhlükə səviyyəsi elan edilib, səlahiyyətlilər sakinləri zəruri olmadıqca evlərini tərk etməməyə çağırıb.

Dövlət qurumları, eləcə də bir çox özəl sektor müəssisələri onlayn işləməyə keçiblər.