İnstaqramdakı problem aradan qalxdı - Yenilənib

instaqramdaki-problem-aradan-qalxdi
Oxunma sayı: 548

İnstaqram platformasının işində problem yaranıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə “Downdetector⁠” məlumat yayıb.

Bildirilir ki, platformada genişmiqyaslı bağlantı problemləri qeydə alınıb.

İstifadəçilər əsasən ana səhifənin yenilənməməsindən, hekayələrin yüklənməməsindən, hesaba giriş zamanı xətalardan və tətbiqdən çıxarılma hallarından şikayət edirlər.

Hələlik “Meta⁠” tərəfindən rəsmi açıqlama verilməyib. Mütəxəssislər problemin server yenilənmələri, yüksək istifadəçi sıxlığı ilə bağlı ola biləcəyini bildiriblər.

***

İnstaqramdakı problem aradan qalxıb.