“Ermənistan Qarabağ uğrunda müharibə aparmaq fikrində deyil”

ermenistan-qarabag-ugrunda-muharibe-aparmaq-fikrinde-deyil
Oxunma sayı: 2848

“Ermənistan Qarabağ uğrunda müharibə aparmaq fikrində deyil”.

“Qafqazinfo” “Armenpress”ə istinadən xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan Britaniya mətbuatının nümayəndələrinə müsahibəsində deyib.

“Mən dedim ki, Ermənistanın beynəlxalq səviyyədə tanınmış sərhədləri xaricində heç bir iddiası yoxdur”, - o vurğulayıb.

Paşinyan Qarabağı tərk etmiş ermənilərin geri qayıdıb qayıtmayacağına da münasibət bildirib:

“Qarabağa qayıtmaq üçün arzu yoxdur, biz onların Ermənistanda qalmalarını təmin etmək üçün mümkün olan hər şeyi edəcəyik”.