“Ermənistan təhrikedici bəyanatlardan çəkinməlidir”

ermenistan-tehrikedici-beyanatlardan-cekinmelidir
Oxunma sayı: 1338

Xarici işlər naziri Ceyhun Bayramov Antalya Diplomatiya Forumu çərçivəsində ATƏT-in Baş katibi Helga Şmidlə görüşüb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə məlumatı C.Bayramov öz “X” hesabında paylaşıb. 

Nazir paylaşımında qeyd edib ki, görüş zamanı Ermənistanın Azərbaycan-Ermənistan sülh və normallaşma prosesinə xələl gətirməmək üçün təhrikedici açıqlama və bəyanatlar verməkdən çəkinməli olduğunu vurğulayıb: “Biz, həmçinin regional və beynəlxalq hadisələr ətrafında da fikir mübadiləsi apardıq”.