ABŞ-də qasırğa nəticəsində 4 nəfər öldü

abs-de-qasirga-neticesinde-4-nefer-oldu
Oxunma sayı: 2058

ABŞ-də qasırğa nəticəsində azı 4 nəfər ölüb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə “Associated Press” məlumat yayıb.

Bildirilib ki, qasırğa Texas ştatının Hyuston şəhərində qeydə alınıb. Güclü külək nəticəsində şəhərin müxtəlif ərazilərində binaların şüşələri sınıb, ağaclar aşıb, elektrik xətləri kəsilib.

Səlahiyyətlilər küləyin güclənməsi və tornadoların əmələ gəlməsi ehtimalının olduğunu açıqlayıb.