Ermənistanda ehtiyatda olan hərbi qulluqçular toplanır.
“Qafqazinfo” xəbər verir ki, bu barədə Ermənistan Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, aprelin 1-dən iyunun 28-dək təlim-məşq toplanışları keçiriləcək.
Təlimlərə 5000 ehtiyatda olan hərbi qulluqçu cəlb ediləcək.