26 yaşlı oğlan dəm qazından boğuldu

26-yasli-oglan-dem-qazindan-boguldu
Oxunma sayı: 1680

Gəncədə ölümlə nəticələnən bədbəxt hadisə baş verib.

“Qafqazinfo” xəbər verir ki, şəhərin Atatürk prospektindəki mənzildə yaşayan 1998-ci il təvəllüdlü Şamxal Məmmədovun meyiti tapılıb.

Onun dəm qazından boğularaq vəfat etdiyi bildirilib.

Faktla bağlı Gəncə Şəhər Prokurorluğunda araşdırma aparılır.