“Eyni vaxtda 17 istiqamətdən hücum ediblər”

eyni-vaxtda-17-istiqametden-hucum-edibler
Oxunma sayı: 1910

İran qüvvələri Amerikanın təyyarədaşıyan gəmisinə eyni vaxtda 17 istiqamətdən hücum edib.

“Qafqazinfo” xəbər verir ki, ABŞ Prezidenti Donald Tramp bu haqda Mayamidə keçirilən forumda çıxışı zamanı danışıb.

ABŞ dövlət başçısının sözlərinə görə, zərbələr dünyanın ən böyük təyyarədaşıyan gəmisini hədəf alıb.

Tramp bunun nə vaxt baş verdiyini açıqlamayıb. O, yalnız təyyarələrin bir gecədə hər 32 saniyədən bir hadisə yerindən qalxdığını və bunun böyük problem olduğunu bildirib.