Eyvandan girib uşaqları xilas etdilər - Video

eyvandan-girib-usaqlari-xilas-etdiler
Oxunma sayı: 2093

Bakı şəhərinin Xətai rayonu, Babək prospektində azyaşlılar evdə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb. 

“Qafqazinfo” xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb. 

Bildirilib ki, məlumatla əlaqədar FHN-in Bakı Regional Mərkəzinin xilasediciləri çağırış üzrə cəlb olunub.

Xilasedicilər alpinist ləvazimatlarının köməyi ilə onmərtəbəli yaşayış binasının 10-cu mərtəbəsində yerləşən mənzilə eyvandan daxil olaraq nəzarətsiz qalmış 2019 və 2021-ci il təvəllüdlü azyaşlıları xilas ediblər.