“Fast food” yeyən yeniyetmələr zəhərləndi

fast-food-yeyen-yeniyetmeler-zeherlendi
Oxunma sayı: 550

Gəncədə 2 yeniyetmə qidadan zəhərlənib.

“Qafqazinfo” xəbər verir ki, hadisə şəhər ərazisində qeydə alınıb.

16 yaşlı T.Hidayətli və 15 yaşlı M. Salmanlı qida zəhərlənməsi diaqnozu ilə Gəncə şəhər Yolxucu Xəstəliklər Xəstəxanasına yerləşdirilib.

Onlara  tibbi yardım göstərilib, müalicələri davam edir.

İlkin ehtimala görə, yeniyetmələr pizza və ya dönər yeyiblər.

Faktla bağlı araşdırma başlanılıb.

Yunis Quliyev