Fələstinin BMT-yə qəbul edilməsinə qarşı olduqlarını açıqladılar

felestinin-bmt-ye-qebul-edilmesine-qarsi-olduqlarini-aciqladilar
Oxunma sayı: 1957

“İsrail Fələstinin BMT-yə tamhüquqlu üzv qəbul edilməsinə qarşıdır”.

“Qafqazinfo” TASS-a istinadən xəbər verir ki, bunu İsrailin BMT-dəki daimi nümayəndəsi Gilad Erdan bildirib.

Qeyd edək ki, Fələstinin BMT-yə üzv olmaq ərizəsinə dünya qurumunun Təhlükəsizlik Şurası bu gün baxır. Qərar müsbət olarsa, məsələ BMT Baş Assambleyasının iclasına çıxarılacaq.

Erdan Fələstinin BMT-yə üzv olması ehtimalını “barbarlıq üçün mükafat” adlandırıb və bildirib ki, ərizə təsdiq olunarsa, Təhlükəsizlik Şurası “terror şurası” adlandırılmalı olacaq.