“Fənərbaxça” Nqolo Kantenin transferi üçün Türkiyənin prezidenti Recep Tayyib Ərdoğana təşəkkür edib.
“Qafqazinfo” xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.
Qeyd edək ki, ölkə başçısının Səudiyyə Ərəbistanına səfəri zamanı təyyarədə Kantenin transferindən və “Əl İttihad”ın sənədləri sistemə gec daxil etməsindən xəbər tutub.
O, Ər-riyada eniş edən kimi ilk olaraq Şahzadə Salmanla fransalı futbolçunun məsələsini müzakirə edib və problemin həll olunmasını xahiş edib.
Şahzadə Salman əvvəlcə ölkə Futbol Federasiyasının prezidentinə, daha sonra isə FİFA-ya zəng edərək lazımi prosedurların yerinə yetirilməsini tapşırıb.
Prezident Ərdoğanın xahişindən sonra Kantenin transfer məsələsi müsbət həllini tapıb.
Nihad Əsədov

Son xəbərlər
Son Xəbərlər