“Fənərbaxça” istəyirdi, “Atletiko”ya getdi

fenerbaxca-isteyirdi-atletikoya-getdi
Oxunma sayı: 528

İspaniyanın “Atletiko” (Madrid) klubu İtaliya “Atalanta”sının hücumçusu Ademola Lukmanın transferini rəsmiləşdirib.

“Qafqazinfo” Madrid təmsilçisinin mətbuat xidmətinə istinadən xəbər verir ki, tərəflər arasında 2030-cu ilə qədər nəzərdə tutulan uzunmüddətli müqavilə imzalanıb.

Bu keçid “Atletiko”ya 35 milyon avrosu sabit ödəniş, 5 milyon avrosu isə bonuslar olmaqla, ümumilikdə 40 milyon avroya başa gəlib.

Qeyd edək ki, 28 yaşlı nigeriyalı futbolçu 2022-ci ildən “Atalanta”da çıxış edirdi. O, Berqamo təmsilçisinin heyətində keçirdiyi 137 oyunda 55 qol və 27 məhsuldar ötürmə ilə yadda qalıb.

Məlumat üçün bildirək ki, Lukman xüsusilə 2024-cü ilin Avropa Liqasının finalında Leverkuzen “Bayer”inə vurduğu het-triklə komandasına tarixi çempionluq qazandırmışdı. Futbolçunun transferi üçün Türkiyənin “Fənərbaxça” klubu da ciddi cəhd göstərsə də, Lukman karyerasını La Liqada davam etdirməyə üstünlük verib.