“Fənərbaxça” “Turan Tovuz”u məğlub etdi - Yenilənib - Fotolar

fenerbaxca-turan-tovuzu-meglub-etdi
Oxunma sayı: 6513

Bu gün “Turan Tovuz”la Türkiyənin “Fənərbaxça” komandaları arasında  yoldaşlıq oyunu keçiriləcək.

“Qafqazinfo” xəbər verir ki, qarşılaşma Bakıda Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.

Matç saat 20:00-da başlayacaq. Oyunda milli komandalara dəvət alan futbolçular iştirak etməyəcəklər.

Xatırladaq ki, “Turan”la “Fənərbaxça” ilk dəfə 1994-cü ildə o vaxt UEFA kuboku adlanan yarışda üz-üzə gəliblər. İstanbuldakı ilk matç 5:0, Sumqayıtdakı cavab oyunu isə 2:0 hesabı ilə Türkiyə təmsilçisinin xeyrinə başa çatıb.

3 oktyabr

20:00. “Turan Tovuz” (Azərbaycan) – “Fənərbaxça” (Türkiyə)

Bakı, Tofiq Bəhramov adına Respublika stadionu.

***

Matç başladı.

***

İlk hissə bitdi.

***

İkinci hissə başladı.

***

 “Fənərbaxça” hesabda önə keçdi. Nqolo Kante 59-cu dəqiqədə hesabı açdı. 

***

Çağrı Balta 74-cü dəqiqədə “Fənərbaxça”nın ikinci qolunu vurur.

***

Matç “Fənərbaxça”nın qələbəsi ilə başa çatıb.