FHN əhaliyə təkrar müraciət etdi

fhn-ehaliye-tekrar-muraciet-etdi
Oxunma sayı: 1697

Fövqəladə Hallar Nazirliyi (FHN) ölkə ərazisində davam edən qeyri-sabit hava şəraiti ilə əlaqədar bəzi dağ çaylarında sel hadisələrinin müşahidə olunması ilə bağlı əhaliyə təkrar müraciət edib.

“Qafqazinfo” xəbər verir ki, müraciətdə deyilir:

“Hazırda ölkədə davam edən yağmurlu hava şəraiti ilə əlaqədar bəzi dağ çaylarında sel hadisəsi müşahidə olunur və belə hava şəraitinin bir sıra rayonlarda aprelin 7-nə kimi davam edəcəyi proqnozlaşdırılır. 

Belə ki, sel və daşqından qorunmaq üçün təhlükəli ərazilərdən uzaq durmaq, belə təhlükə ilə üzləşdikdə dərhal yaxınlıqdakı yüksəkliyə qalxmaq, xilasedicilərin çağırış və tövsiyələrinə sözsüz əməl etmək lazımdır”.