Oğlunun toyunda başına daş düşən kişi öldü

oglunun-toyunda-basina-das-dusen-kisi-oldu
Oxunma sayı: 1799

Göygöldə 64 yaşlı kişi bədbəxt hadisə nəticəsində ölüb.

“Qafqazinfo” xəbər verir ki, hadisə rayonun şadlıq saraylarından birində baş verib.

Belə ki, oğluna toy edən 1962-ci il təvəllüdlü Adil Huseynovun baş nahiyyəsinə aqlay daşı düşüb. 

O, xəstəxanaya çatdırılsa da, həyatını xilas etmək mümkün olmayıb.

Faktla araşdırma başlanılıb.

Yunis Quliyev