Şəmkirdə qətl hadisəsi - 16 yaşlı oğlan saxlanıldı

semkirde-qetl-hadisesi
Oxunma sayı: 1665

Şəmkirdə qətl hadisəsi baş verib.

“Qafqazinfo” xəbər verir ki, hadisə Kür qəsəbəsində qeydə alınıb.

İlkin məlumata görə, Şəmkir rayon sakini, 19 yaşlı Ramal Quliyev yaranan mübahisə zəminində kəsici-deşici alətlə qətlə yetirilib.

Polis əməkdaşlarının keçirdikləri müvafiq tədbirlər nəticəsində şübhəli bilinən 16 yaşlı F. P saxlanılaraq istintaqa verilib.

Yunis Quliyev