Gəncədə azyaşlı vəfat edib.
“Qafqazinfo” xəbər verir ki, hadisə Gəncə Birləşmiş Uşaq Xəstəxanasında 1 yaşlı körpəyə sistem köçürülərkən baş verib.
2025-ci il təvəllüdlü A. S. hərarətlə xəstəxanaya çatdırılıb. Lakin sonradan halı pisləşib. Körpənin meyiti Ekspertiza və Pataloji Anatomiya Birliyinin Gəncə şəhər Şöbəsinə aparılıb.
Faktla bağlı Gəncə şəhər Prokurorluğunda araşdırma başlanılıb.
***
Hadisə ilə bağlı TƏBİB-dən bildirilib ki, 04.04.2026-cı il tarixində saat 22:30 radələrində 2025-ci il azyaşlı (kişi) Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində olan Abbas Səhhət adına xəstəxananın Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.
Həkim heyəti tərəfindən onun həkiməqədər ölüm faktı qeydə alınıb.
Yunis Quliyev
Son xəbərlər
Son Xəbərlər