Anasının dəfninə getmədi, “TikTok”da sərvət qazandı - Video

anasinin-defnine-getmedi-tiktokda-servet-qazandi
Oxunma sayı: 2899

Türkiyəli şoumen Mehmet Ali Erbil anası Yurdagül Ekenin dəfn mərasiminə sağlamlıq səbəbləri ilə qatılmayıb.

“Qafqazinfo” xəbər verir ki, dəfn günü Erbilin “TikTok”da canlı yayım açması və bu yayım zamanı yüz minlərlə türk lirəsi dəyərində virtual hədiyyələr alması sosial mediada geniş müzakirələrə səbəb olub.

Məlumata görə, məşhur şoumen dəfndə iştirak etməməsinin səbəbini sağlamlıq problemləri və risk etməmək istəyi ilə izah edib. Canlı yayım zamanı istifadəçilər tərəfindən göndərilən virtual hədiyyələr qısa müddətdə diqqət çəkib.

Qeyd edək ki, Erbil əvvəllər qatıldığı proqramlardan birində uşaqlıq illəri ilə bağlı ağrılı xatirələrini bölüşərkən anasına qarşı kin bəslədiyini etiraf etmişdi.