FHN-in komandası minifutbol turnirinin yarımfinalına çıxdı - Fotolar

fhn-in-komandasi-minifutbol-turnirinin-yarimfinalina-cixdi
Oxunma sayı: 1936

Ulu Öndər Heydər Əliyevin xatirəsinə həsr olunan dövlət qurumları arasında keçirilən minifutbol turnirində Fövqəladə Hallar Nazirliyinin komandası daha bir uğura imza atıb. 

Bu barədə “Qafqazinfo”ya FHN-dən məlumat verilib.

Belə ki, aprelin 21-də növbəti oyununa çıxan Fövqəladə Hallar Nazirliyinin komandası Müdafiə Nazirliyinin komandası ilə qarşılaşıb. 

Gərgin mübarizə şəraitində keçən oyunda FHN-in komandası rəqibini 3:0 hesabı ilə məğlub edərək yarımfinal mərhələsinə yüksəlib. 

Yarımfinal mərhələsi Daxili İşlər Nazirliyinin komandasına qarşı keçiriləcək.

Qeyd edək ki, Gənclər və İdman Nazirliyi, AFFA və Azərbaycan Minifutbol Federasiyasının təşkilati dəstəyi ilə keçirilən yarışda 52 dövlət qurumu, şirkət və müxtəlif təşkilatların komandaları mübarizə aparır.