FHN pambıq tədarükü zamanı yanğın təhlükəsizliyinə dair maarifləndirmə tədbirləri keçirdi - Fotolar

fhn-pambiq-tedaruku-zamani-yangin-tehlukesizliyine-dair-maariflendirme-tedbirleri-kecirdi
Oxunma sayı: 814

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidməti respublikada pambıq tədarükü zamanı yanğın təhlükəsizliyinin təmin olunması istiqamətində silsilə maarifləndirmə tədbirləri keçirir. 

“Qafqazinfo” xəbər verir ki, bu çərçivədə, Xidmətin əməkdaşları tərəfindən “MKT İstehsalat Kommersiya” MMC-nin Biləsuvar, Sabirabad, Zərdab və Yevlax filiallarında, Səmədabad kənd Pambıq zavodunda, “Salyan-Pambıq” ASC-də, “Aqroservis” ASC-nin Sabirabad regional nümayəndəliyinin Salyan rayon bölməsində, “Azərpambıq ASK” MMC-nin Salyan pambıq tədarükü məntəqəsində, “Aqroservis” ASC-nin Qobustan regional nümayəndəliyinin Kürdəmir rayon bölməsində, “P-Aqro” MMC-nin Sabirabad və Kürdəmir filiallarında yanğın təhlükəsizliyinə dair maarifləndirmə tədbirləri keçirilib.

Tədbirlərdə sözügedən müəssisələrin əməkdaşları iştirak edib.

"Pambıq tədarükü və emalı zamanı yanğın təhlükəsizliyi tələbləri" mövzusunda keçirilən tədbirlərdə xam pambığın yığılmasına, daşınmasına və emalına cəlb olunan kənd təsərrüfatı maşınlarının ilkin yanğın və qığılcım söndürmə vasitələri ilə təmin edilməsinin vacibliyi diqqətə çatdırılıb. Həmçinin, tədbir iştirakçıları pambıq tarlalarının, pambıqqurutma meydançalarının ərazisində və yaxınlığında tonqal qalanmasının, açıq oddan istifadə edilməsinin, siqaret çəkilməsinin müvafiq normalara zidd olması barədə məlumatlandırılıb. Eyni zamanda, su mənbələrinə yolların salınmasının, hovuzların yanında avtomobillərin manevr etməsi üçün meydançaların olmasının zəruriliyi də tədbir iştirakçılarının nəzərinə çatdırılıb.