Müsahibə zamanı mikrofonu Trampın üzünə vurdu - Video

musahibe-zamani-mikrofonu-trampin-uzune-vurdu
Oxunma sayı: 7851

ABŞ Prezidenti Donald Tramp Vaşinqton yaxınlığındakı Endryus hərbi bazasında jurnalistlərə müsahibə verən zaman maraqlı məqam yaşanıb.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, jurnalistlərdən biri səhvən mikrofonla Trampın üzünə toxunub.

ABŞ lideri əvvəlcə səssizcə müxbirə baxıb.

Daha sonra , “O, bu axşam böyük xəbər oldu. Bunu gördünüzmü? — Ağ Evin rəhbəri hadisəni təbəssümlə şərh edib.