Nəsimi rayonunda da Novruz bayramı münasibətilə bayram şənlikləri və konsert proqramları təşkil edilir.
“Qafqazinfo” xəbər verir ki, Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə “Bizim həyət” layihəsi çərçivəsində abadlaşdırılan Nəsimi rayonu, Bakıxanov küçəsi 42 saylı ünvanında Novruz bayramı qeyd edilib. Abad məhəllə bayramsayağı bəzədilib, səməni, Novruz şirniyyatları olan süfrələr açılıb, bayram ab-havası yaradılıb.
Tədbirdə Bakı Şəhər İcra Hakimiyyətinin, Nəsimi Rayon İcra Hakimiyyətinin, YAP Nəsimi rayon təşkilatının, rayonun idarə, təşkilat, müəssisə rəhbərləri, Vətən müharibəsi iştirakçıları, şəhid ailələri, qazilər, QHT rəhbərləri və rayon ictimaiyyətinin nümayəndələri iştirak edib.
Tədbir bayram konsert proqramı ilə davam etdirilib.