Mal-qara otaran 23 yaşlı oğlanın meyiti tapıldı

mal-qara-otaran-23-yasli-oglanin-meyiti-tapildi
Oxunma sayı: 3603

Salyan rayonunda intihar hadisəsi baş verib.

“Qafqazinfo” xəbər verir ki, dünən saat 13 radələrində Düzənlik kənd sakini 2002-ci il təvəllüdlü Mehdi Şirvanovun meyiti kənd ərazisindəki boş sahədə tut ağacından asılmış vəziyyətdə tapılıb. Onun özünü asaraq intihar etməsi məlum olub.

Bildirilir ki, hadisə vaxtı M.Şirvanov kənd sakinlərinin mal-qarasını örüşdə otarmağa aparıbmış.

Faktla bağlı araşdırma aparılır.