“Forumda ilk dəfə dövlət başçıları şəhərlərin gələcəyini müzakirə edəcək”

forumda-ilk-defe-dovlet-bascilari-seherlerin-geleceyini-muzakire-edecek
Oxunma sayı: 330

“Bu forumda şəhərlərimizin gələcəyini müzakirə edəcəyik”.

“Qafqazinfo” xəbər verir ki, bunu Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri, WUF13 üzrə milli koordinator Anar Quliyev mətbuat konfransında deyib.

Onun sözlərinə görə, ölkədə təşkil edilən milli forumlar WUF13-ün ölkədə təşkili ilə bağlı fundament rolunu oynayıb: “Son illər ərzində dialoqlar aparmışıq. Bu forum bizim üçün böyük məsuliyyətdir və beynəlxalq ictimaiyyətin etimadının göstəricisidir. Deyərdim ki, bu forum qlobal forumdur və dünən ziyarətçilərin sayı 21 108-ə çatıb”.

Xəbəri rus dilində oxuyun: “Впервые на WUF лидеры стран обсудят будущее городов”

Forum çərçivəsində təşkil edilən “Urban Expo”dan danışan Anar Quliyev sözügedən ərazinin 35 min kvadrat metri əhatə etdiyini və onun yarısının sərgi ərazisi olduğunu vurğulayıb.

Bildirilib ki, “Urban Expo”da 163 stend pavilyon təşkil edilib. 

A.Quliyev həmçinin qeyd edib ki, bu forumda ilk dəfə dövlət, hökumət başçıları şəhərlərin gələcəyi ilə bağlı müzakirələr aparacaq.

Günel İbrahimova