Türkiyəli jurnalist Fulya Öztürk ARB-nin efirində bu günlərdə premyerası olan “44” bədii filmi barədə duyğularını bölüşüb.
“Qafqazinfo” xəbər verir ki, Vətən müharibəsi günlərində Azərbaycanda olan və həqiqətləri işıqlandıran tanınmış jurnalist premyeraya dəvət almasından qürur duyduğunu deyib.
“44” bədii filminin premyerasına dəvət ediləndə çox qürur duydum. “Bu filmi izləmək üçün oraya getməliyəm” dedim. Heydər Əliyev Mərkəzində möhtəşəm bir tədbir təşkil edilmişdi. Çox yaxşı bir film izləyəcəyimi gözləyirdim, amma bu qədər gözəl bir film gözləmirdim. Bunu bütün səmimiyyətimlə deyirəm. Dəqiqələrlə ağladım. Salonda hər kəs ağladı. Ayağa qalxanda göz yaşları içərisində Anar bəy (Anar Ələkbərov - red.) qarşımda oturmuşdu. Anar bəyin əlini sıxdım, təbrik etdim.
O günləri heç unuda bilmərəm. Altı il öncə bu gün biz dağıntıların arasında idik. Gəncəyə edilən hücum və orada öldürülən günahsız insanlar... Biz bunların heç birini unutmuruq, unutdurmuruq. Yaşanan acıları filmlərlə, sənədli filmlərlə yaddaşa həkk etməliyik”, - o bildirib.
Daha ətraflı videomaterialda:
Son xəbərlər
Son Xəbərlər