Gecə işləyənlər üçün - Həkimdən xəbərdarlıq

gece-isleyenler-ucun
Oxunma sayı: 350

“Gecə və növbəli qrafiklə çalışmaq orqanizmin sirkad ritmlərini pozur ki, bu da xərçəngyaranma riskini artırır”.

“Qafqazinfo” xəbər verir ki, bu barədə inteqrativ təbabət mütəxəssisi Anastasiya Samoylova müsahibəsində xəbərdarlıq edib.

“İnsan gecə vaxtı işləyərkən öz vegetativ sinir sisteminə qarşı çıxır. Sutkanın qaranlıq vaxtında bədən DNT-nin bərpası, zülal sintezi və qlimfatik sistem vasitəsilə beynin təmizlənməsi ilə məşğul olmalıdır. Biz isə bunun əvəzinə orqanizmi marafon qaçmağa məcbur edirik”,- deyə həkim bildirib.

Mütəxəssisin sözlərinə görə, gecə növbələrində çalışmaq reproduktiv funksiyanın və hormonal fonun pozulmasına, artıq çəki yığılmasına, eləcə də vaxtından əvvəl qocalmağa gətirib çıxara bilər.

A. Samoylova qeyd edib ki, gündüz və gecə növbələrinin davamlı olaraq dəyişdiyi qrafiklər ən problemli hesab olunur, çünki orqanizmin daxili ritmləri bu dəyişikliklərə uyğunlaşmağa imkan tapmır. Həmçinin həddindən artıq nəzarət və növbətçilik tələb edən işlər də sinir sistemi üçün təhlükəlidir.