Gəmi batdı, “iPhone”lar dənizə səpələndi - Video

gemi-batdi-iphonelar-denize-sepelendi
Oxunma sayı: 430

İranın hücumundan sonra Hörmüz boğazında konteyner gəmisi batıb.

“Qafqazinfo” xəbər verir ki, hadisədən sonra dənizin üzərində üzən “iPhone” telefonlarını və digər bahalı malları əks etdirən görüntülər yayılıb.

Ərəb mediasının yaydığı kadrlarda suya səpələnmiş konteynerlər və kiçik qayıqlarda əşyaları toplamağa çalışan şəxslər görünür. Qayıqlardan birinin “iPhone” qutuları ilə dolu olduğu bildirilir.

“Reuters”in dənizçilik sektorundakı mənbələrə istinadən yaydığı məlumata görə, Sinqapur bayrağı altında üzən, 2824 konteyner tutumuna malik “GFS Pride” gəmisi hücum nəticəsində batıb. Sinqapur tərəfi gəmidə yanğın baş verdiyini və 21 nəfərlik heyətin hamısının xilas edildiyini təsdiqləyib.

İran isə gəminin icazəsiz şəkildə təhlükəli marşruta daxil olduqdan və minaya dəydikdən sonra batdığını bildirib.

Məlumata görə, Hörmüz boğazında son günlər daha iki gəmi hücuma məruz qalıb. Müharibə başlayandan bəri boğazda gəmilərin batması nadir hallarda qeydə alınıb.

Səudiyyə Ərəbistanının məlumatına görə, dənizdə “iPhone”larla yanaşı, bahalı ətirlər və digər mallar da üzür. Onların batmış “GFS Pride” gəmisindən düşdüyü ehtimal edilir.