Gəncədə bitişik evlər yandı - Video - Fotolar - Yenilənib

gencede-bitisik-evler-yandi
Oxunma sayı: 1302

Gəncə şəhərində bir-birinə bitişik üç fərdi yaşayış evində yanğın başlayıb.

“Qafqazinfo” xəbər verir ki, hadisə yerinə dərhal Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin Gəncə şəhər yanğınsöndürmə bölmələrinin texnikası və şəxsi heyəti cəlb olunub.

Hadisə nəticəsində iki ev yanıb, alov üçüncüyə keçib.

Hazırda yanğının söndürülməsi istiqamətində işlər davam etdirilir.

***

Hadisə şəhərin Bağbanlar qəsəbəsində qeydə alınıb.

Yanğın Elmir Quliyevə məxsus 5 otaqlı evdən başlayıb. Hadisə yerinə 6 yanğınsöndürən avtomobil və 40-a yaxın canlı qüvvə cəlb edilib.

İlkin məlumata görə, elektrik naqillərində baş verən qısaqapanma zamanı alov bir evdən digər iki evə keçib.

Faktla bağlı araşdırma başlanılıb.

***

FHN hadisə ilə bağlı məlumat yayıb.

Bildirilib ki, yanğın Gəncə şəhəri, Faiq Bayramov küçəsində fərdi yaşayış evində baş verib.

Dərhal əraziyə Dövlət Yanğından Mühafizə Xidmətinin Gəncə şəhər Yanğından Mühafizə İdarəsinin qüvvələri cəlb olunub.

Yanğınsöndürənlər tərəfindən həyata keçirilən tədbirlər sayəsində bir-birinə bitişik tikilən fərdi yaşayış evlərində baş vermiş yanğın daha böyük sahəyə yayılmasına imkan verilmədən söndürülüb.

Yanğın nəticəsində ümumi sahəsi 90kv.m. olan evin yanar konstruksiyaları, ümumi sahəsi 120kv.m. olan evin dam örtüyünün yanar konstruksiyaları 40 kv.m sahədə və ümumi sahəsi 216kv.m. evin dam örtüyünün yanar konstruksiyaları 40 kv.m. sahədə yanıb.

Evlərin qalan hissəsi və bitişik evlər yanğından mühafizə olunub.

Yunis Quliyev