Gəncədə yol qəzası oldu - Xəsarət alanlar var

gencede-yol-qezasi-oldu
Oxunma sayı: 1252

Gəncədə yol-nəqliyyat hadisəsi baş verib.

“Qafqazinfo” xəbər verir ki, hadisə şəhərin Totanlı küçəsində qeydə alınıb.

Belə ki, hərəkətdə olan avtomobillər toqquşub.

Qəza zamanı 2 nəfər xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Yunis Quliyev