Gəncədəki zəhərlənməni prokurorluq araşdırır - Yenilənib

gencedeki-zeherlenmeni-prokurorluq-arasdirir
Oxunma sayı: 512

Xəbər verdiyimiz kimi, ötən gün Gəncə şəhərində yas mərasimində zəhərlənmə hadisəsi baş verib.

“Qafqazinfo” xəbər verir ki, yas mərasimində iştirak edən Nuriyə Rüstəmova (1962), Amin Teymurlu (1986), İ. Məmmədov (2017), Z. Hüseynova (2015), U. İsyaev (2020), Bənövşə  Əliyeva (1963), Sevil Hüseynova (1987) və Mahirə İsmayılova (1983) zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdiriliblər.

Faktla bağlı Gəncə şəhər prokurorluğunda araşdırma aparılır.

***

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) sorğumuza belə cavab verilib:

“Ötən gün saat 18:00 radələrində başlayaraq Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində olan Abbas Səhhət adına xəstəxananın Yoluxucu xəstəliklər şöbəsinə 8 nəfər (3 kişi, 5 qadın) hospitalizasiya olunub.

Onlara zəhərlənmə şübhəsi ilə zəruri tibbi xidmətlər göstərilib. Vəziyyətləri qənaətbəxş qiymətləndirilən pasiyentlər ambulator müalicə üçün evə buraxılıb”.