Yenidən tibbi müayinədən keçdi

yeniden-tibbi-muayineden-kecdi
Oxunma sayı: 399

ABŞ Prezidenti Donald Tramp “Walter Reed” Milli Hərbi Tibb Mərkəzində növbəti tibbi müayinədən keçdiyini və bütün göstəricilər üzrə yüksək nəticə əldə etdiyini açıqlayıb.

“Qafqazinfo”nun xəbərinə görə, sosial şəbəkə hesabında paylaşım edən Tramp bildirib ki, hər altı aydan bir hərtərəfli sağlamlıq yoxlamasından keçir.

ABŞ lideri müayinə zamanı beyin fəaliyyəti ilə bağlı növbəti koqnitiv testdən də keçdiyini qeyd edib. Onun sözlərinə görə, indiyədək üç dəfə iştirak etdiyi bu testlərin hamısından ən yüksək nəticə əldə edib.

“Bütün suallara düzgün cavab verdim. Vaşinqtonda bunu bacaran insanların sayı çox deyil”, – deyə Tramp bildirib.

Qeyd edək ki, son aylarda ABŞ mətbuatında 80 yaşı tamam olan prezidentin səhhəti ilə bağlı müxtəlif iddialar səsləndirilmişdi. Mətbuatda yayılan fotolarda Trampın ayaqlarında şişkinlik, əlində göyərmə və boyun nahiyəsində səpgilər diqqət çəkmişdi.

Ağ Evin həkimi Şon Barbabella prezidentin boynundakı səpgilərin müalicəsi üçün profilaktik kremdən istifadə olunduğunu açıqlasa da, əlavə məlumat verməmişdi.

Ağ Evin mətbuat katibi Kerolayn Livitt isə Trampın ayaqlarındakı şişkinliyin damar xəstəliyi ilə əlaqəli olduğunu, əlindəki göyərmələrin isə tez-tez əl sıxmasının nəticəsi olduğunu bildirmişdi.